KRİMİNAL XRONİKA

Əsas səhifə

Noutbuk və mobil telefonlar oğurluğunda şübhəli saxlanılıb

25.05.2022

Xətai rayonunun Vunq Tau küçəsindəki mağazaların birindən oğurluq törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini İ.Şıxəliyev saxlanılmışdır
Xətai RPİ-nin 36-cı Polis Bölməsinə mayın 24-nə keçən Vunq Tau küçəsindəki mağazaların birindən 2 ədəd noutbuk və 10 ədəd mobil telefonun oğurlanması barədə müraciət daxil olmuşdur. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini İ.Şıxəliyev müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.