KRİMİNAL XRONİKA

Əsas səhifə

Avtomobildən 1000 manat oğurlamaqda şübhəli bilinən Q.Səmədov saxlanılıb

24.08.2022

Xəzər rayonunun Binə qəsəbəsi ərazisində bir avtomobildən 1000 manat oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Q.Səmədov saxlanılıb

Xəzər RPİ 3-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsi ərazisində bir avtomobildən 1000 manat oğurlamaqda şübhəli bilinən  qəsəbə sakini Q.Səmədov saxlanılıb. Araşdırma nəticəsində şəxsin  daha bir avtomobildən 50 manat, 100 ABŞ dolları, 310 manat dəyərində mobil telefon, elektron siqaret və qəlyan avadanlığı oğurladığı da müəyyən olunub.