KRİMİNAL XRONİKA

Əsas səhifə

Köşklərin birindən pul və lotereya biletlərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

05.09.2022

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə Mərdəkan qəsəbəsində yerləşən köşklərin birindən 500 manat pul və 1900 manat dəyərində lotereya biletlərinin oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bukavadze və A.Bəkirov müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.