KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan S.Şirinovun evinin həyətindən silah-sursat aşkar edilərək götürülüb

04.09.2022

Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş S.Şirinovun yaşadığı Zabrat qəsəbəsindəki evin həyətinə baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş “İJ-18” markalı ov tüfəngi, 7 ədəd patron və 1 ədəd “F-1” markalı qumbara aşkar edilərək götürülüb.