KRİMİNAL XRONİKA

Əsas səhifə

Şəxsiyyət vəsiqəsi və bank kartını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

04.09.2022

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da G.Hacıyevanın 450 manat pulunu, şəxsiyyət vəsiqəsini və bank kartını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Abdullayev saxlanılıb.Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş S.Şirinovun yaşadığı Zabrat qəsəbəsindəki evin həyətinə baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş “İJ-18” markalı ov tüfəngi, 7 ədəd patron və 1 ədəd “F-1” markalı qumbara aşkar edilərək götürülüb.