KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal rayonunda “BMW” markalı avtomobildən 7790 manat pul oğurlamaqda şübhəli bilinənF.Quliyev saxlanılıb

16.09.2022

Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisində “BMW” markalı bir avtomobildən 7790 manatın oğurlanması barədə müraciət daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş  Fəzail Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.