KRİMİNAL XRONİKA

Əsas səhifə

Paytaxtın Yasamal rayonu ərazisində iki qadının mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Əliyev saxlanılıb

11.12.2022

Paytaxtın Yasamal rayonu ərazisində ayrı-ayrı vaxtlarda Bakı şəhər sakini olan iki qadının mobil telefonlarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumatlar daxil olub.  
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş N.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.