KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq əməlində şübhəli bilinən Şəmkir rayon sakini İ.Abbasov müəyyən olunaraq saxlanılıb

14.12.2022

Nəsimi rayonu ərazisindəki ofislərin birində Bakı şəhər sakini olan qadının əl çantasından 500 manat pul və 1400 manat dəyərində qızıl əşyasının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Şəmkir rayon sakini İ.Abbasov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.