KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi rayonu ərazisində bir qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Ağcabədi rayon sakini E.Hüseynov saxlanılıb

26.12.2022

Nəsimi rayonu ərazisində bir qadının içərisində sənədləri və bank kartları olan çantasının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. 
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Ağcabədi rayon sakini E.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun rayon ərazisində quldurluq və soyğunçuluq yolu ilə daha iki nəfərin mobil telefonunu və cüzdanını talaması, bir çay evindən və uşaq bağçasından televizor, tikiş maşını, “VAZ-2104” markalı bir avtomobildən isə pul, maqnitofon və sənədlər oğurlaması da müəyyən olunub.
Araşdırma  aparılır.