KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi rayonunda avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

26.12.2022

Binəqədi rayonu ərazisində “Ravon” markalı bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Əhmədov saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Ravon” markalı bir avtomobildən mobil telefon, iki nəfərin isə mobil telefonlarını, içərisində pul və qızıl üzük olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əhmədov saxlanılıb. Araşdırma aparılır.