KRİMİNAL XRONİKA

Əsas səhifə

Həyat yoldaşını öldürməkdə şübhəli bilinən İ.Həşimov tutulub

06.01.2023

Xətai rayonu ərazisində R.Həşimovanı münaqişə zəminində kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməkdə şübhəli bilinən əri İ.Həşimov tutulub
Yanvarın 6-da saat 4 radələrində paytaxtın Xətai rayonu ərazisində R.Həşimovanın öldürülməsi barədə rayon polis idarəsinə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılmış araşdırma zamanı zərərçəkmişin əri İ.Həşimovun münaqişə zəminində kəsici-deşici alətlə xəsarətlər yetirərək R.Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Həşimov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.