KRİMİNAL XRONİKA

Əsas səhifə

Maştağa qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən P.Qasımov və E.Əmirov saxlanılıblar

23.01.2023

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Maştağa qəsəbəsindəki evlərin birindən 1500 manat pul, noutbuk və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini P.Qasımov və Şamaxı rayon sakini E.Əmirov saxlanılıblar. Araşdırma aparılır.