KRİMİNAL XRONİKA

Əsas səhifə

Qadından hədə-qorxu ilə pul və mobil telefonunu almaqda şübhəli bilinən paytaxt sakini P.Bəşirov saxlanılıb

01.02.2023

Suraxanı rayonu ərazisində bir qadından hədə-qorxu ilə pul və mobil telefonunu almaqda şübhəli bilinən paytaxt sakini P.Bəşirov saxlanılıb
Suraxanı rayonu ərazisində bir nəfərin Bakı şəhər sakini olan qadına hədə-qorxu gələrək 100 manatını və mobil telefonunu alması barədə polisə məlumat daxil olub. 
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini P.Bəşirov müəyyən olunaraq saxlanılıb. 
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.