KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər sakinləri X.Quliyev və F.Sultanovdan metamfetamin aşkar olunaraq götürülüb

06.04.2023

Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar X.Quliyev və F.Sultanov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar olunaraq götürülüb. 
Araşdırmalarla onların Buzovna qəsəbəsi ərazisində iki evdən təmir alətləri və məişət əşyaları oğurlamaları da müəyyən olunub.