KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində iki nəfərin pul və mobil telefonlarını oğurlamaqda şübhəli bilinən E.Əmiraslanov saxlanılıb

06.04.2023

Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisində usta işləyən iki nəfərin  pul və mobil telefonlarını işlədikləri yerdən oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini E.Əmiraslanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.