KRİMİNAL XRONİKA

Əsas səhifə

Nizami rayonunda mağazadan oğurluq etməkdə şübhəli bilinən bir qrup Şəmkir rayon sakini saxlanılıb

09.04.2023

Aprelin 2-nə keçən gecə Nizami rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.  
Nizami RPİ 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb, həmin mağazadan spirtli içkilər və tütün məmulatlarının oğurlanması, həmçinin orada quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərilməsi məlum olub.
Polsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə bu əməli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri, əvvəllər məhkum olunmuşlar V.Hüseynli, Ə.Abdiyev və A.Ələsgərli müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.