KRİMİNAL XRONİKA
Əsas səhifəBakı şəhər sakini F.Hüseynovu öldürməkdə şübhəli bilinən H.Cəfərov saxlanılıb
08.05.2023
Mayın 8-də saat 17 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini F.Hüseynovun öldürülməsi barədə polisə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Sabirabad rayon sakini H.Cəfərovun münaqişə zəminində F.Hüseynovun baş nahiyəsinə küt alətlə xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində H.Cəfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.