KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamalda qəbristanlıqda dəmir barmaqlıqları oğurlamaqda şübhəli bilinən Ə.Bağırov saxlanılıb

14.05.2023

Yasamal rayonu ərazisində yerləşən qəbristanlıqda məzarların kənarından dəyəri 3000 manatdan çox olan dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumatlar daxil olub. 
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Bağırov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.