KRİMİNAL XRONİKA
Əsas səhifəBakı şəhər sakininin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Gəncə şəhər sakini saxlanılıb
26.07.2023
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 22-də Bakı şəhər sakini B.Elyasovun mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Hüseynov müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.