KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birindən avtomobili qaçıran paytaxt sakini saxlanılıb

03.08.2023

Avqustun 2-də saat 21 radələrində Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Xətai RPİ 36-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobilin paytaxt sakini N.Çatdayev tərəfindən qaçırılması və idarə edilərkən Cavanşir küçəsində “Kia” markalı avtomobillə toqquşması müəyyən olunub.Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən N.Çatdayev polis əməkdaşları tərəfindən saxlanılıb.Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.