KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbail rayonunda qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini G.Əliyeva saxlanılıb

06.08.2023

Səbail rayonu ərazisindəki mənzillərin birindən 34.300 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.Əliyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.