KRİMİNAL XRONİKA

Əsas səhifə

Baş Keşlə stansiyası ərazisindən 200 metr naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Babayev saxlanılıb

05.08.2023

Nəqliyyatda Baş Polis İdarəsinin Biləcəri stansiyası Xətt Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 29-da Baş Keşlə stansiyası ərazisindən 200 metr naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Babayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.