KRİMİNAL XRONİKA

Əsas səhifə

Ticarət mərkəzində bir qadının cüzdanını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

12.09.2023

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 9-da Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini olan qadının uşaq arabasından içərisində 918 manat pul və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Rzayev və A.Mirabasov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.