KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər sakini F.Ağaməmmədovun rayon ərazisindəki qəbiristanlıqda gizlətdiyi silah-sursat aşkar olunaraq götürülüb

15.09.2023

Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla üzərindən narkotik vasitə aşkarlanan Bakı şəhər sakini F.Ağaməmmədovun rayon ərazisindəki qəbiristanlıqda gizlətdiyi 1 ədəd “RPQ-78” minaatan, 1 ədəd “F-1” qumbarası, 1 ədəd alışdırıcı və 758 ədəd patron aşkar olunaraq götürülüb.