KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər sakini E.Süleymanovdan metamfetamin aşkar olunaraq götürülüb

24.09.2023

Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini E.Süleymanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb. Araşdırmalarla onun sentyabrın 13-də Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 777 manatını oğurlaması da müəyyən olunub.