KRİMİNAL XRONİKA

Əsas səhifə

Nizami rayonu ərazisində bir qadının çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən D.Gəncimova saxlanılıb

15.10.2023

DİN-in Əlahiddə Çevik Polis Alayı və Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 8-də paytaxtın Nizami rayonu ərazisində bir qadının içərisində 500 manat pul və dərmanlar olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş D.Gəncimova saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.