KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi rayonundaiki mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

03.11.2023

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 29-na keçən gecə rayon ərazisindəki mağazaların birindən 4 ədəd noutbuk, digər mağazadan isə oradakı işçinin 1300 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini V.Hacıbəyov və Ucar rayon sakini F.Allahverdiyev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.