KRİMİNAL XRONİKA

Əsas səhifə

Avtoyuma məntəqələrinin birindən avtomobili qaçırmaqda şübhəli bilinən B.Bəşirov saxlanılıb

25.12.2023

Binəqədi rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Kia” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş B.Bəşirov dekabrın 24-də gecə saatlarında Yasamal rayonu ərazisində avtomobillə saxlanılıb.
Araşdırma aparılır.