KRİMİNAL XRONİKA

Əsas səhifə

Paytaxtın Nizami rayonu ərazisində müxtəlif vaxtlarda quldurluq əməllərini törətməkdə şübhəli bilinən Goranboy rayon sakini R.Qasımov saxlanılıb

27.12.2023

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində müxtəlif vaxtlarda Bakı şəhər sakini olan bir nəfərin cibində 1500 manat pulu olan gödəkcəsini və 1700 manat dəyərində qızıl üzüyünü, digər bir nəfərin isə 340 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Goranboy rayon sakini 1992-ci il təvəllüdlü R.Qasımov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.