KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində bir avtomobildən pul və şəxsi əşyaları oğurlamaqda şübhəli bilinən G.Abdullayev saxlanılıb

05.01.2024

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ötən il dekabrın 24-də Biləcəri qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildən 500 manat pul və şəxsi əşyaları oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş G.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.