Xəbərlər

Əsas səhifə

Bank kartını oğurlamaqla 2800 manat çıxarmaqda şübhəli bilinən bir qrup şəxs saxlanılıb

08.06.2023

İyunun 4-də Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin bank kartının oğurlanması və hesabından 2800 manatının çıxarılması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Ş.Məmmədov, Ağsu rayon sakini E.Həsənov, Bakı şəhər sakinləri N.Əzizli və Z.Əzizov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.