Xəbərlər

Əsas səhifə

Yanacaqdoldurma məntəqəsində operatorun 200 manat pulunun soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

12.12.2023

Dekabrın 7-də saat 05 radələrində Sabunçu qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birində operatorun 200 manat pulunun soyğunçuluq yolu ilə talanması barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə məlumat daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vaxt “Toyota” markalı avtomobillə yanacaqdoldurma məntəqəsinə gələrək soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov, Masallı rayon sakinləri N.Novruzov və əvvəllər məhkum olunmuş A.Nuriyev saxlanılıblar. 
Araşdırma aparılır.