Xəbərlər

Əsas səhifə

Pirallahı rayonu ərazisində tüfəngdən açdığı atəşlə qardaşına xəsarət yetirməkdə şübhəli bilinən İ.Həşimov saxlanılıb

11.01.2024

Yanvarın 10-da saat 20 radələrində Pirallahı rayonu ərazisində bir nəfərin odlu silahdan açılmış atəşdən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.  
Araşdırmalarla əvvəllər məhkum olunmuş İ.Həşimovun yaşadığı evdə sərxoş vəziyyətdə münaqişə zəminində tüfəngdən açdığı atəşlə qardaşının ayaq nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə İ.Həşimov saxlanılıb. Hadisə yerindən qanunsuz saxladığı “Bum” markalı tüfəng götürülüb.
Araşdırma aparılır.