Xəbərlər

Əsas səhifə

Paytaxtda saxlanılan daha 3 narkokuryerdən 18 kiloqrama yaxın narkotik vasitə aşkar olunub

09.04.2024

Bakı şəhərində polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Cavid Məmmədov, Almas Əflan və Əziz Məhərrəmov saxlanılıblar.
C.Məmmədovdan 15 kiloqramdan çox marixuana aşkar edilib. A.Əflan və Ə.Məhərrəmovun üzərlərinə və ikincinin avtomobilinə baxış zamanı isə 3 kiloqrama yaxın marixuana müəyyən edilib. Hər 3 saxlanılan şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.  Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.