Xəbərlər

Əsas səhifə

Marketdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

04.06.2024

Mayın 31-də gecə saatlarında Ramana qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 1554 manat dəyərində tütün məmulatı və oradakı ödəmə terminalından 3170 manat pulun oğurlanması barədə Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə məlumat daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş H.Ovçiyev saxlanılıb.
Araşdırma aparılır.