Xəbərlər

Əsas səhifə

Soyğunçuluq əməllərini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

18.06.2024

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində müxtəlif vaxtlarda bir nəfərin 2290 manatının, bir nəfərin isə mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumatlar daxil olub. 
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməllərini törətməkdə şübhəli bilinən İ.Əliyev və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar. 
Binəqədi Rayon Polis İdarəsində hər iki faktla bağlı araşdırma aparılır.