Xəbərlər

Əsas səhifə

Polis dənizdən köməksiz qalan balıqçıları xilas edib

01.12.2018

Xəzər dənizində həyati təhlükə ilə üzləşən 2 nəfər Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xilas edilib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 29-da saat 21:25 radələrində Bakı şəhər sakinləri Əmiraslan Hüseynov və Hikmət Səmədov Novxanı qəsəbəsində qayıqla dənizdə balıq ovuna çıxıblar. Sahildən təxminən 5 kilometr aralıda qayığın mühərriki xarab olduğuna görə onlar həyati təhlükə ilə üz-üzə qalıblar.
Dənizdə köməksiz vəziyyətdə qalan balıqçılardan daxil olan məlumatla əlaqədar dərhal DİN NBPİ-nin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.  
Havanın çox küləkli, soyuq, dənizin isə dalğalı olmasına baxmayaraq, Ə.Hüseynov və H.Səmədov polis əməkdaşları tərəfindən xilas ediliblər.