Xəbərlər

Əsas səhifə

Metroda soyğunçuluq etməkdə şübhəli bilinən tutulub

03.12.2018

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında, tuneldə hərəkətdə olan qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Polis əməkdaşlarının operativliyi və ayıq-sayıqlığı sayəsində ictimai nəqliyyatda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs tutulub. 
Dekabrın 2-də saat 11 radələrində metronun “Neftçilər” stansiyasının platformasında Bakı şəhər sakini olan qadının çantasından içərisində 110 manat pulu və sənədi olan pulqabısını soyğunçuluq yolu ilə götürən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş İntizam Məmmədov olduğu müəyyən edilib. 
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.