Xəbərlər
Əsas səhifəAvtomobillə azyaşlını vuran sürücü saxlanılıb
08.02.2019
Cari il yanvar ayının 31-də saat 18 radələrində Nərimanov rayonunun X.Şuşinski küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini olan azyaşlı vurulmuşdur. Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasının “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir. Hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini E.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.