Xəbərlər

Əsas səhifə

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

13.02.2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
 
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hövsan qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Əmirov 5 qramdan artıq narkotik vasitə olan marixuananı satarkən cinayət başında yaxalanmışdır. Şəxsi axtarış zamanı ondan əlavə 5,5 qram marixuana aşkar edilmişdir.
 
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq çəkisi 28,4 kiloqram marixuana aşkar edilərək götürülmüşdür. 
 
Faktla bağlı cinayət işi başlanılmışdı