Xəbərlər

Əsas səhifə

İSTİNTAQ DAVAM EDIR

24.04.2014

Bakıda qanunsuz yollarla avtomobillərə daxil olaraq oğurluq edən dəstənin ifşa olunması barədə məlumat vermişdik. Paytaxtın əsasən Binəqədi, Nizami, Xətai və Yasamal rayonlarında “fəaliyyət göstərən” dəstənin üzvləri əllərinə keçən dəyərli əşyaları talayıblar.
 
Vətəndaşlardan daxil olan müraciətlər əsasında araşdırmalar aparan polis daha çox zərərçəkmişin olmaması üçün operativ tədbirlər həyata keçirib. Nəticə isə aprelin 2-də üç şübhəli şəxsin tutulması olub. Bakı şəhər BPI Cinayət-Axtarış Idarəsinin əməkdaşları tərəfindən yaxalanan Bakı şəhər sakinləri - Rüfət Şükürlü, əvvəllər məhkum olunmuşlar Eldar Balışov və Rasim Şükürovdur. Onların üzərlərinə baxış keçirilərkən Rüfət Şükürlüdən 3 qrama yaxın tiryək, Rasim Şükürovdan 0,250 qram heroin, Eldar Balışovdan 1 qramdan artıq tiryək, idarə etdiyi “VAZ-2121” markalı avtomobilin yük yerindən isə 450 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. 
 
Istintaq araşdırmaları zamanı onların ayrı-ayrı vaxtlarda və məkanlarda çoxlu sayda vətəndaşa ziyan vurduqları müəyyən edilib. Dəstənin daha bir üzvü aprelin 7-də ələ keçib. Bu dəfə yaxalanan Anar Muradi olub.
 
Təxirəsalınmaz əməliyyat istintaq tədbirləri zamanı digər şübhəli şəxs, Füzuli rayon sakini Mirsəmmədin Rüstəmov da aprelin 11-də yaxalanıb. O, Rasim Şükürovla birlikdə martın 20-dən 27-dək olan müddətdə N.Rəfiyev küçəsində yaşayan Arif Yunisovun mənzilindən, pəncərənin dəmir barmaqlığını sındırmaqla qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırmalar davam etdirilir.