Xəbərlər

Əsas səhifə

Polislər narkomaniyanın fəsadlarından danışıblar

10.10.2019

Oktyabrın 9-da Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən 278 nömrəli tam orta məktəbdə “Zərərli vərdişlərdən uzaq olaq”, “Narkomaniyaya yox dəyək” mövzularında növbəti maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan  bölmə rəisi, polis polkovnik-leytenantı  Məryəm Ömərova uşaqların hüquq və azadlıqlarından, onların dövrün tələblərinə cavab verə bilən, hərtərəfli, sağlam vətəndaş kimi yetişdirilməsi istiqamətində qəbul edilən qanunvericilik aktlarından söhbət açıb, hər bir gəncin Azərbaycan dövlətinə layiqli vətəndaş olmağa çalışmasının önəmini vurğulayıb.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmalıdırlar, bu, həm onların öz həyataları üçün, həm də sağlam cəmiyyət həyatı üçün olduqca vacibdir. Bundan ötrü də valideynlər övladlarının vaxtlarının səmərəli təşkil olunmasına diqqət yetirməli, uşaqların elmə, idmana və faydalı təlimlərə yönləndirilməsinin qayğısına qalmalıdırlar. 

Daha sonra Suraxanı Rayon Polis İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Namiq Məmmədov və 33-cü PB-nin rəis müavini,  polis mayoru Elçin Rəhimov çıxış edib.   

Zərərli vərdişlərin insan orqanizmində yaratdığı fəsadlar barədə danışan polis əməkdaşları, onlara hüquqazidd əməl və davranışlardan uzaq olmaları barədə tövsiyələr veriblər. 

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb