Xəbərlər

Əsas səhifə

Polislər Universitetdə tələbələrlə görüşüblər

04.12.2019

Bakı şəhər BPİ İctimai Təhlükəsizlik və Narkotiklərlə Mübarizə idarələrinin təşkilatçılığı ilə təhsil müəssisələrində maarifləndirici tədbirlər davam etdirilir.
 
Növbəti tədbir dekabrın 2-də  Azərbaycan Texniki Universitetində baş tutub. Tədbirdə yerli polis idarəsinin aidiyyəti əməkdaşları, tələbələr ve pedoqoji kollektivin nümayəndələri iştirak edib. 

Giriş sözü ilə çıxış edən Universitetin tədris işləri üzrə prorektoru İsa Xəlilov narkomaniyaya qarşı mübarizə istiqamətində Dövlət Proqramına uyğun yaradılan Komissiyanın planına əsasən hər il ali təhsil ocağında analoji maarifləndirici tədbirlərin keçirildiyini və bu sahədə polislə uğurlu işbirliyi yaradıldığını qeyd edib. 

Daha sonra İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova çıxış edib. Bölmə rəisi tütün məmulatlarının məhdudlaşdırılması haqqında qanunverici aktlardan, müvafiq qanunun tələblərindən irəli gələn tədbirlərin icrası ilə əlaqədar görülən və görüləcək işlərdən ətraflı danışıb. 

Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Şirəli Babayev isə narkomaniyanın cəmiyyətimizə, gənclərin mənəviyyatına, əxlaqına mənfi təsirindən, narkomaniyanın ağır fəsadlarından danışıb, psixotrop maddələrin yaratdığı hüquqi-sosial problemlərdən geniş bəhs edib. Bildirib ki, bu bəla ilə hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.