Xəbərlər

Əsas səhifə

Quldurluqda şübhəli bilinən Masallı rayon sakini saxlanılıb

10.12.2019

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini N.Nərimanlı dekabrın 8-də paytaxtın Q.Qarayev prospektində 3 nəfərin onu döyüb mobil telefonunu aldığını bildirmişdir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini C.Həmidli saxlanılmışdır.

Araşdırma aparılır.