Xəbərlər
Əsas səhifəPaytaxt sakinindən silah-sursat götürülüb
20.01.2020
Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həsənov saxlanılıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, ondan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron götürülmüşdür.
Araşdırma aparılır