Xəbərlər
Əsas səhifəXəzər rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
16.11.2020
DİN Mətbuat Xidmətinin məlumatına görə, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-dən noyabrın 13-dək olan müddətdə rayon ərazisindəki 5 evdən pul, qızıl-zinət əşyaları, noutbuk, sənəd, planşet, su qızdırıcısı və elektrik naqili oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılıb.
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon ərazisindəki qarajdan 2 ədəd xalça və əl arabası oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Belə ki, noyabrın 14-də rayon ərazisindəki həyətlərin birindəki qarajdan 600 manat dəyərində 2 ədəd xalça və əl arabası oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Şükürov saxlanılıb.
Araşdırmalar davam etdirilir.