Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifəHaqqımızda › Rəhbərlik

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru İsmayılov Əkbər Məcid oğlu 

1963-cü ildə Ermənistan Respublikası, Yeravan  şəhərində anadan olmuşdur.1988-ci ildə Vladimir  Xüsusi Orta Milis Məktəbini,  1997-ci ildə isə
DİN-in Polis Akademiyasını bitirmişdir.1985-ci ildən daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışmışdır.

1985-ci ildən daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində əməliyyat xidmətində müxtəlif məsul vəzifələrdə işləmişdir. O cümlədən, 2005-2020-ci illərdə Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi və həmin İdarənin əməliyyat işi üzrə rəis müavini, Sumqayıt ŞPİ-nin rəisi, Xətai və Yasamal RPİ-lərinin rəisi, Gəncə şəhər BPİ-nin rəisi vəzifələrində xidmət etmişdir.

2020-ci ilin noyabr ayında Bakı Şəhər BPİ-nin rəisi vəzifəsinə təyin olunmuşdur.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-ci il tarixli 1610 nömrəli sərəncamı ilə «İgidliyə görə» və 01 iyul 2020-ci il tarixli 602 nömrəli sərəncamı ilə «Vətən uğrunda» medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 02 iyul 2021-ci il tarixli  sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilmişdir.

Ailəlidir, 3 övladı var.


Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işi üzrə müavini, p
olis 
general-mayoru Ələkbərov Vüqar Hidayət oğlu

1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur.2004-cü ildə DİN-in Polis Akademiyasını bitirmişdir.1998-ci ildən isə daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə işləmişdir.

2004-2009-cu illərdə Polis Akademiyasında “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasında müəllim, 2009-2014-cü illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bölmə, şöbə rəisi, 2014-2020-ci illərdə Bakı şəhər BPİ-nin Təşkilat-İnspektor İdarəsinin rəisi vəzifələrində xidmət etmişdir.  

2020-ci ilin iyun ayında Bakı Şəhər BPİ rəisinin müavini, dekabr ayında isə rəisin əməliyyat işi üzrə müavini vəzifəsinə təyin olunmuşdur.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə  Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2013-cü il tarixli sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2022-ci il tarixli  sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilmişdir. 

Ailəlidir, 2 övladı var.

 

Bakı Şəhər Baş Polis İdarəsi rəisinin xidmət üzrə müavini, polis general-mayoru Səfərov Sərdar Süleyman oğlu 

1973-cü ildə Sumqayıt şəhərində anadan olub.

1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1999-cu ildə Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini, 2020-ci ildə isə DİN-in Polis Akademiyasını bitirib.

1996-cı ildən 2005-ci ilin avqust ayınadək Daxili qoşunlarda xidmət etmiş və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə işləmişdir. O cümlədən, DİN-in Daxili Qoşunların hərbi hissələrində Motorlaşdırılmış Alayının Xüsusi təyinatlı bölüyünün komandiri, Xüsusi Motorlaşdırılmış Alayının Xüsusi təyinatlı taborunun komandirinin müavini-qərargah rəisi vəzifələrində xidmət etmişdir.

2005-ci ildən daxili işlər orqanlarında xidmətə başlamış o cümlədən, bölük komandirinin müavini, bölük komandiri vəzifələrində, 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi vəzifələrində xidmət etmişdir.

2022-ci ilin fevral ayından Bakı Şəhər BPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin olunmasında öz xidməti vəzifələrini yerinə yetirərək yüksək peşəkarlıq göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 06 may 2005-ci il tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə”, İctimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizədə fəal iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2013-cü il tarixli sərəncamı ilə "İgidliyə  görə", Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2022-ci il tarixli  sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilmişdir. 

Ailəlidir, 3 övladı var.