KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yerləşən avtomobil təmiri sexlərinin birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

21.12.2022

Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yerləşən avtomobil təmiri sexlərinin birindən 10.500 manat dəyərində səsboğucu və 4 ədəd səsboğucu göstəricisinin qeyri-aşkar şəraitdə  oğurlanması barədə polisə məlumat daxil olub. 
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Zaqatala rayon sakinləri, əvvəllər məhkum olunmuş F.Buğluyev və qardaşı T.Buğluyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.