KRİMİNAL XRONİKA
Əsas səhifəYasamal rayonda moped oğurlamaqda şübhəli bilinənlər saxlanılıblar
27.04.2023
Yasamal rayonu ərazisindən aprelin 25-nə keçən gecə 2400 manat dəyərində moped oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər də talama cinayətlərinə görə məhkum olunmuş Ağstafa rayon sakini Z.Əliyev və Sumqayıt şəhər sakini A.Paşayeva saxlanılıblar.
Araşdırma aparılır.