Xəbərlər

Əsas səhifə

Bacısına bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

25.07.2019

İyulun 24-də Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində qəsəbə sakini B.Əliyev münaqişə zəminində bacısı Səbinənin qarın nahiyəsinə bıçaqla çoxsaylı xəsarət yetirmişdir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində B.Əliyev saxlanılmışdır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.